...

İsrail Qəzzənin bombalanmasına son qoymalıdır - Misirin xarici işlər naziri

Siyasət Materials 29 Dekabr 2008 14:58 (UTC +04:00)
İsrail Qəzzənin bombalanmasına son qoymalıdır - Misirin xarici işlər naziri

Misirin xarici işlər naziri  Əhməd  Əbul- Ğeys  dekadrın 29 da Ankaraya  rəsmi səfəri  zamanı  keçirdiyi  mətbuat konfransında İsrailin  Qəzzə zolağını bombalanması pisləyək, hərbi əməliyyatların tez bir zamanda  dayandırılmasını tələb edib .  Bu haqda  Türkiyənin TRT 2 telekanalkı məlumat verib.

"İsrailin Qəzzədə keçirdiyi hərbi əməıliyyatlarda  dinc əhali  xasarət alib. Bunun  qarşısı tez bir zamanda  alınmalıdır,"- deyə o bildirib.

Əbul- Ğeys  onu da  bildirib ki,  Qəzzə Misir uçün çox mühüm  və  strateji bir yerdir. " Misir İsrail - Həmas və Həmas və Fəth  arasında atəşkəsə nail  olmuşdu.  Lakin atəşkəsin bitməsi  ilə hərbi  əməliyyatların  yenidən  bərpa olunması kədərləndirici faktordur,"- deqə  o qeyd edib. 

Əbul- Ğeys  Misirin  İsraildən hərbi  əməliyyatlara baçlamamsını da tələb etdiyini qeyd edib.

" Təəssuf  ki,  Qəzzədə  hərbi  əməliyytat başladı və Qəzzə humanitar faciə  ilə üz-üzədir,"- deyə o vurğrlayıb.

Dekabrın 27-də  günorta satlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə zolağını raket atəşinə tutublar. Dekarbın  19 - da  Həmas təşkilatı və Israil arasında  müvəqqəti  atəşkəsin başa  çatmasından  sonra,  Həmas dörd fələstinlinin qətlinə cavab olaraq, Israilin  Sederot va Aşkelon yaşayış məntəqələrini  raket atəşinət tutub.

Israilin dekabrın 27 - də  keçirdiyi  hərbi  əmaliyyatlar zamanı 310 nəfər həlak olub, 700  nəfər  yaralanıb.

Həmas təşkilatının Qəzzədəki  matbuat xidmətindən Trend -a verilən məlumata  görə, ölən və  yaralananların əksəriyyəti qadın və uşaqlardır. Həmas və Islami Cihad  ldierləri  İsrail rəsmilərindən  Qəzzədə  törədilən cinayətlərə  görə  qisas alacaqlarını  bildirblər.

Həmas İsrailin Qəzzə zolağının  bombalamasına cavab olaraq ,Sederot və Aşkelon yəhudi məntəqələrinə  60 - a yaxın raket zərbəsi  endirib.  İsrail  hökuməti  Aşkelon və Sederotda fövqəladə vəziyyət elan edib.

Мягаля мцяллифи иля ялагя : тренд@тренд.аз

Xəbər lenti

Xəbər lenti