...

HƏMAS Yaxın Şərqdə sülhə real maneədir – İsrail hökumətinin mətbuat katibi

Siyasət Materials 29 Dekabr 2008 16:58 (UTC +04:00)
HƏMAS Yaxın Şərqdə sülhə real maneədir – İsrail hökumətinin mətbuat katibi

İsrail, Qüds, 29 dekabr/ Trend , müxbir A.Qut/ HƏMAS Təl - Əvivi İsrail ərazilərinə raket zərbələrinin qarşısını almaq üçün Qəzzə Zolağında antiteror əməliyyatlara başlamağa məcbur etdi. Bu barədə bazar ertəsi Trend -a İsrail hökumətinin mətbuat katibi, səfir Tsvi Hefets bildirib.

"Dünyanın heç bir ölkəsi HƏMAS -ın mülki əhaliyə həyasızcasına raket zərbələrinə davam gətirməz. Moskva, Bakı və ya Londondan 70 km aralıda terrorçuların raket zərbələri endirməsini və hamının baş verənləri yalnız müşahidə etməsini təsəvvür etmək çətindir. Bu gün hətta Qəzzə Zolağında əməliyyatlar aparmasına görə İsraili pisləyən ərəb ölkələri, fələstinlilərin əziyyət çəkməsinə görə tam məsuliyyət daşıyan HƏMAS terrorçu təşkilatını da eyni tənqidi formada pisləyirlər", - deyə Hefets bildirib.

Onun fikrincə, Əhmədinejadın fəlsəfəsindən ruhlanan və İranın silahları ilə silahlanan HƏMAS İsrail və bütün demokratik dünya üçün təhlükə kəsb edir. "Ərəb dünyası Qəzzə Zolağında humanitar qəza vəziyyətinin yaranmasına görə daim İsrali ittiham edir, lakin heç kəs İsrailin nə üçün əməliyyatlara başladığını soruşmur. Bu gün bir milyondan artıq israilli Həmasın raket zərbələrinə məruz qalıb, biz buna dözməyəcəyik", - deyə Hefets bildirib.

Mahmud Abbasın İsrail ilə sülh danışıqlarının dayandırılmasına dair bəyanatına toxunan İsrail hökumətinin mətbuat katibi təəssüfünü bildirib: "Biz Fələstin xalqının düşməni deyilik, biz müharibə istəmirik, lakin HƏMAS bizi antiterror əməliyyatlara başlamağa vadar etdi".

Onun sözlərinə görə, İsrail Fələstin Muxtariyyətinin qanuni prezidenti olan Mahmud Abbasla uzun müddət sülh danışıqları apardı. "Qəzzədə həyata keçirilən antiterror əməliyyatları Mahmud Abbasın siyasi rəqibi olan HƏMAS -ın infrastrukturunun məhv edilməsini qarşısına məqsəd qoyub. Məhz HƏMAS Qəzzə Zolağında Mahmud Abbasın hakimiyyətini ələ keçirdi və məhv etdi, onu Tehranın silahlı anklavına çevirdi", - deyə Hefets bildirib.

Mətbuat katibinin fikrincə, HƏMAS -ı zəiflədərək sülh danışıqlarını daha real etmək olar. "HƏMAS Yaxın Şərqdə sülhün əldə olunmasına real maneədir və o, İsrailə terror infrastrukturunu məhv etməkdən savayı yol qoymadı", - deyə Hefets bildirib.

Xəbər lenti

Xəbər lenti