...

Türkiyə Parlamentinin Qəzzə hadisələri ilə bağlı bəyanatı gözlənilir – İslam Konrfansı Təşkilatı Parlament Assambleyasında Türkiyə Qrupunun sədri

Siyasət Materials 30 Dekabr 2008 14:44 (UTC +04:00)
Türkiyə Parlamentinin Qəzzə hadisələri ilə bağlı bəyanatı gözlənilir – İslam Konrfansı Təşkilatı Parlament Assambleyasında Türkiyə Qrupunun sədri

Azərbaycan, Bakı, 30 dekabr/ Trend , müxbir B.Həsənov/İslam Konrfansı Təşkilatı Parlament Assambleyasında Türkiyə Qrupunun sədri İrfan Gündüz Türkiyə parlamentinin yeni il tətilindən sonra Qəzzə hadisələri ilə bağlı bəyanatının gözlənildiyini bildirib.

"Qəzzədəki hadisələrə tamaşa etmək olmaz. Bütün ölkələr bu soyqırıma son qoymağı tələb etməlidirlər", - deyə Gündüz çərşənbə axşamı Ankaradan telefonla Trend - a bildirib.

Dekabrın 27-də  günorta satlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə zolağını raket atəşinə tutublar. Dekarbın  19 - da  Həmas təşkilatı və Israil arasında  müvəqqəti  atəşkəsin başa  çatmasından  sonra,  Həmas dörd fələstinlinin qətlinə cavab olaraq, Israilin  Sederot va Aşkelon yaşayış məntəqələrini  raket atəşinət tutub.

Israilin keçirdiyi  hərbi  əmaliyyatlar zamanı 380 nəfər həlak olub, 1500  nəfər  yaralanıb.

Həmas təşkilatının Qəzzədəki  matbuat xidmətindən Trend -a verilən məlumata  görə, ölən və  yaralananların əksəriyyəti qadın və uşaqlardır. Həmas və Islami Cihad  ldierləri  İsrail rəsmilərindən  Qəzzədə  törədilən cinayətlərə  görə  qisas alacaqlarını  bildirblər.

Həmas İsrailin Qəzzə zolağının  bombalamasına cavab olaraq ,Sederot və Aşkelon yəhudi məntəqələrinə  60 - a yaxın raket zərbəsi  endirib.  İsrail  hökuməti  Aşkelon və Sderotda fövqəladə vəziyyət elan edib.

Gündüz, yaxın günlərdə İslam Ölkələri Parlament Assambleyası Baş katibliyinin bu Assambleyaya üzv ölkələrin təcili iclasını çağırmaq üçün müraciət yayacağını da bildirib.

İslam Konrfansı Təşkilatı Parlament Assambleyasında Türkiyə Qrupunun sədri kimi, İsrailin Qəzzədəki hərəkətlərini qətiyyətlə pislədiyini bildirən Gündüz, məsuliyyət daşıyanların cavab verməli olacağını vurğulayıb. "Təkcə regional yox, həm də beynəlxalq sülhü və əmin-amanlığı pozacaq bu addıma görə məsuliyyət daşıyınlar mütləq cavab verməli olacaqlar", - deyə Gündüz bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti