...

Qəzzədə humanitar vəziyyət faciəvidir – UNRWA -nın nümayəndəsi

Siyasət Materials 7 Yanvar 2009 18:06 (UTC +04:00)
Qəzzədə humanitar vəziyyət faciəvidir – UNRWA -nın nümayəndəsi

Azərbaycan, Bakı, 07 yanvar / Trend , muxbir Ü.Sadıqova/ Bu gün İsrail tərəfindən "humanitar dəhliz"in açısa da, Qəzzə zolağında humanitar vəziyyət bohran həddindədir.

"Qəzzədə ərzaq və dava - dərman kəskin şəkildə çatışmır, təqribən yarım miliyon fələstinli elektrik enerjisi almır, 700 nəfər Beyt Hanunda çadırlarda yaşayır", - deyə Qəzzə Zolağından telefonla Trend -a BMT-nin Fələstin qaçqınlarına yardım üzrə (UNRWA) rəsmi nümayəndəsi Adnan Əbu Həsna bildirib.

Qəzzədə humanitar qəza İsrailin Həmas qruplaşması üzvlərinə qarşı 11 gün ərzində yerustu və havadan əməliyyatlar aparması nəticəsində yaranıb. Fələstinin tibbi mənbələri Qəzzədə İsrailin hərbi əməliyyatlara başlamasından sonra 600 - dək insanın həlak olduğunu təsdiq edirlər. Çərşənbə axşamı ən azı 70 fələstinli öldürülüb. BBC -nin verdiyi xəbərə görə, İsrail tanklarının səhvən açdığı atəş nəticəsində dörd İsrail əsgəri həlak olub.

Əvvəllər Qəzzə zolağının sərhədləri humanitar yardım üçün bağlı idi, bu gün İsrail hökuməti "humanitar yardımın müəyyən hissəsi"nin buraxılması üçün dəhliz açıb.

UNRWA nümayəndəsi bildirib ki, İsrail bombardımanlarının davam etdirilməsi Qəzzə Zolağını iki regiona parçalaya bilər və gələcəkdə Qəzzə əhalisinin böyük tələfatına gətirib çıxaracaq.

"İsrailin hücumları bir çox tibb məntəqələrini dağıdıb, buna görə, yaralıların ölməsinə böyük təhlükə yaranıb. Xeyli uşaq yaralanıb, onların əksəriyyəti donor qanına ehtiyac duyur", - deyə Əbu Həsna bildirib.

Dünən İsrail Xan Yunusda UNRWA -nın məktəblərindən birinə və Cəbəliyədəki qaçqın düşərgəsinə hücum edib, nəticədə, 30 fələstinli həlak olub və 55 nəfər yaralanıb. İsrail hərbçilərinin məlumatına görə, Həmas üzvləri məktəblərdən hərbi obyektlər kimi istifadə edirlər.

UNRWA 1949 - cu ildən fəaliyyət göstərir və ərəb dövlətlərinin müxtəlif şəhərlərində, Avropa və ABŞ - da ofisləri var. Son illər təşkilat Qəzzə Zolağında məktəb (ümumi sayı 214 - ə çatıb) və ictimai müəssisələrin tikintisi ilə məşğul olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti