Estoniya prezidentinin Bakıda rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Estoniya prezidenti Toomas Hendrik İlvesin çərşənbə axşamı təkbətək görüşü olub, Azertac dövlət agentliyi məlumat yayıb.
Görüşdə iki ölkə arasında
münasibətlərin siyasi, iqtisadi və digər
sahələrdə uğurlu inkişafından məmnunluq
ifadə edilib, əlaqələrin daha da genişləndirilməsi
üçün yaxşı potensialın olduğu bildirilib.
Bu səfərin də qarşılıqlı münasibətlərin
inkişafı baxımından əhəmiyyəti
vurğulanıb və əlaqələrin bundan sonra da
möhkəmlənəcəyinə əminlik ifadə olunub.
Dövlət başçıları ikitərəfli
münasibətlər və qarşılıqlı maraq
doğuran bir sıra məsələlər ətrafında
fikir mübadiləsi aparıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]