...

Israilin Qəzzədə törətdikləri insanlıq  əleyhinə yönəlib - Iran parlamentinin spikeri

Siyasət Materials 14 Yanvar 2009 13:21 (UTC +04:00)
Israilin Qəzzədə törətdikləri insanlıq  əleyhinə yönəlib - Iran parlamentinin spikeri

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir T.Əliyev/ İstanbulda İslam Ölkələri Konfransı Təşkilatı Parlament Birliyinin İcraiyyə Komitəsinin Qəzzədə baş verən son hadisələrlə bağlı iclası keçirilir.

Toplantıda iştirak edən Iran Islam Respubkilası parlamentinin spikeri Əli Laricani Qəzzədə keçirilən hərbi əməliyyatların isnalıq əleyhinə yönəldiyini bildirib.

"Sionist rejimin Qəzzə Zolağında törətdiyi hərbi əməliyyatlar bütün insanlıq əleyhinə yönəlib", - deyə  Laricani deyib.

Laricani Qəzzədə keçirilən hərbi əməliyyatların bütün dünyada  kəskin etiraza səbəb olduğunu bildirərək, tez bir zamanda hərbi əməliyyatların qarşısının alınmasının vacib olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti