...

Azərbaycan və Bolqarıstan prezidentlərinin təkbətək görüşü olub

Siyasət Materials 22 Yanvar 2009 14:12 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin və Bolqarıstan prezidenti Georgi Pırvanovun cümə axşamı təkbətək görüşü olub. Məlumatı AzərTAc dövlət informasiya agentliyi yayıb.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi, qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial imkanların olduğu vurğulanıb. 

Azərbaycan ilə Bolqarıstan arasında enerji sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. 

Beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın əhəmiyyətini vurğulayan prezidentlər ikitərəfli münasibətlərin bundan sonra da genişləndiriləcəyinə əminliklərini ifadə ediblər. 

Görüşdə daha sonra ikitərəfli münasibətlər, regional və beynəlxalq əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti