...

Azərbaycanın elm xadimləri referenduma dəstək olaraq təşəbbüs qrupu yaradıblar

Siyasət Materials 23 Yanvar 2009 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir C.Babayeva/ Azərbaycanın elm xadimləri cümə günü refenreduma dəstək olaraq "Zəka" təşəbbüs qrupunu təsis ediblər.

"Konstitusiyaya əlavə və dəyişikliklər Azərbaycan üçün zəruridir", - Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Akif Əlizadə təsis iclasında bildirib.

"Azərbaycan xalqı yekdilliklə ölkənin Əsas Qanununa əlavə və dəyişiklikləri dəstəkləməlidir", - o deyib.

Təşəbbüs qrupunun təsis iclasının sədri, akademik Bəkir Nəbiyev bildirib ki, ölkə Konstitusiyasına dəyişikliklər Azərbaycanın hazırkı inkişaf səviyyəsi ilə bağlıdır.

İclasda 25 səlahiyyətli nümayəndə və bir maliyyə məsələləri üzrə nümayəndə seçilib.

"Zəka" təşəbbüs qrupunun yaradılması barədə bildiriş bu gün MSK-ya təqdim ediləcək.

Azərbaycanda martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək. MSK-ya referendum üzrə 13 təşəbbüs qrupu bildiriş təqdim edib. Onların demək olar ki, hər birinə imza vərəqələri verilib.

Dairə seçki komissiyalarında 17 təşəbbüs qrupu qeydiyyatdan keçib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul edilib, 2002-ci ildə  isə Əsas Qanuna əlavə və dəyişikliklər edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti