...

Azərbaycanın baş prokuroru ilin hüquqşünası seçilib

Siyasət Materials 23 Yanvar 2009 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın baş prokuroru Avrasiya Hüquqşünaslar Assosiasiyası tərəfindən keçirilən sorğuda ilin hüquqşünası seçilib.

Cümə günü Avrasiya Hüquqşünaslar Assosiasiyasının keçirdiyi təqdimat mərasimində ilin hüquq mükafatlarının bir neçə nominasiya üzrə qalibləri elan olunub.

Baş prokuror Zakir Qaralov prokurorluq orqanlarının fəaliyyətinin müasir standartlara uyğunlaşdırılması, gənclərin prokurorluq orqanlarına şəffaf metodlarla işə qəbulu və yeni nəsil prokurorların formalaşdırılması sahəsindəki fəaliyyətinə görə bu nominasiyanın qalibi olub.

Baş Prokurorluq isə prokurorluq orqanlarında aparılan islahatlara, o cümlədədən prokurorluq orqanları ilə vətəndaş cəmiyyəti strukturları arasında faydalı və qarşılıqlı əməkdaşlığın qurulmasındakı fəaliyyətinə görə ilin hüquq-mühafizə orqanı seçilib.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası  insan hüquqları və hüquqi biliklərin artırılması sahəsindəki fəaliyyətinə görə hüquq təhsilinin inkişafındakı xidmətlərinə görə ilin ali təhsil müəssisəsi olub.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Bülleteni  ilin hüquq mətbu nəşri, Aslan İsmayılov ilin vəkili, Elçin Behbudov İlin hüquq müdafiəçisi, Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz hüquq islahatlarına verdiyi dəstəyə görə ilin beynəlxalq təşkilatı seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti