...

ATƏT-ın fəaliyyətdə olan sədri Tbilisiyə gələcək – Gürcüstanın xarici işlər naziri

Siyasət Materials 26 Yanvar 2009 13:14 (UTC +04:00)
ATƏT-ın fəaliyyətdə olan sədri Tbilisiyə gələcək – Gürcüstanın xarici işlər naziri

Gürcüstan, Tbilisi, 26 yanvar/ Trend , müxbir N.Kirtsxaliya/ Fevralın 10-da iki ölkənin xarici işlər naziri Gürcüstana səfərə gələcək. Bu barədə bazar ertəsi keçirilən brifinqdə Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze bildirib.

Onun sözlərinə görə, Niderlandın və ATƏT-ə sədrlik edən Yunanıstanın xarici işlər nazirləri Maksim Ferxaxen və Dora Bakoyannis Gürcüstana səfər edəcəklər.

Tbilisidə aparılacaq müzakirələr zamanı ATƏT-in fevralın 18-də başa çatacaq mandatı müzakirə olunacaq. 

Xəbər lenti

Xəbər lenti