...

Türkiyə prezidenti fevralın ikinci yarısında Rusiyaya səfər edəcək

Siyasət Materials 26 Yanvar 2009 20:12 (UTC +04:00)
Türkiyə prezidenti fevralın ikinci yarısında Rusiyaya səfər edəcək

Türkiyə, Ankara, 26 yanvar/ Trend , müxbir A.Ələsgərov/ Türkiyənin dövlət başçısı Abdullah Gül fevralın əvvəlində Səudiyyə Ərəbistanına, ayın ikinci yarısında isə Rusiyaya səfər etmək niyyətindədir. "Türkiyə"nin verdiyi xəbərə görə, Gülün naxoşluğu keçib. Əvvəllər Türkiyə prezidenti bu səbəbdən xaricə planlaşdırılmış səfərlərini ləğv etməyə məcbur olmuşdu. Hazırda prezidentin xarici səfərlərinə hazırlıq gedir. Qeyd olunur ki, fevralın 3-6-da Səudiyyə Ərəbistanına səfərdən sonra, fevralın ikinci yarısında Türkiyə prezidentinin Rusiyaya səfəri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti