...

Qırğızıstan -Türkiyə hərbi - texniki yardım üzrə protokol imzalayıblar

Siyasət Materials 28 Yanvar 2009 18:20 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 28 yanvar / Trend , müxbir R.Məşədihəsənli/ Qırğızıstanın Türkiyədəki səfirliyində Qırğızıstan Silahlı Qüvvələrinə maddi-texniki yardım edilməsi barədə Qırğızıstan Respublikası Müdafiə Nazirliyi və Türkiyə Respublikasının Baş Qərargahı arasında protokolun imzalanması mərasimi keçirilib", - respublika XİN-in press-relizində deyilir.

Qırğızıstan tərəfdən protokolu  bu ölkənin Türkiyədəki səfiri Mambetjunus Abılov, Türkiyə tərəfdən Baş Qərargahın arxa cəbhə üzrə idarə rəisi, general-leytenant Adəm Huduti imzalayıb.

Protokol Qırğızıstanın dövlət orqanlarına əvəzsiz hərbi-texniki yardım göstərilməsi barədə iki dövlət hökumətləri arasında bağlanılmış müqavilənin həyata keçirilməsi məqsədilə imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti