Gürcüstan, Tbilisi, 02 fevral/ Trend , müxbir N. Kirtsxaliya/ Tbilisidə dəm qazından İran vətəndaşı zəhərlənib. Təcili yardım xidməti nümayəndələrinin verdiyi məlumata görə, qonşular tərəfindən çağırılan həkimlər 49 yaşlı Rza Furianini qazdan kəskin zəhərlənmə əlaməti ilə aşkar ediblər.
O, təcili olaraq Tbilisinin beş saylı xəstəxanasına çatdırılıb və burada həkimlərin yardımı ilə özünə gəlib. Bu gün səhər onun səhhəti normallaşıb.
İlkin məlumatlara görə, hadisəyə səbəb İran istehsalı olan "Nikala" qaz cihazının düzgün quraşdırılmaması olub.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]