Qırğızıstan, Bişkek, 04 fevral / Trend , müxbir A.Tınayev/ Qırğızıstan höküməti 2001-ci ildə fəaliyyətinin həyata keçirilməsinə BMT tərəfindən mandat verilən və təxminən 40 ölkənin daxil olduğu beynəlxalq anti-terror koalisiyası qüvvələrinə aviabaza üçün ərazi verilməsi haqda müqavilənin ləğv olunması haqda qətnamə layihəsini respublika parlamentinə verib.
Parlament aparatında palatanın iş reqlamentinə məsuliyyət daşıyan məmur Trend -a bildirib ki, bu sənəd, artıq baxılmaq üçün sabahkı növbədənkənar sessiyanın gündəliyinə salınıb.
Bir müddət əvvəl Qırğızıstan prezidenti Kurmanbek Bakiyev, Moskvada keçirilən mətbuat konfransında Manasdakı amerikan bazasının bağlanılmasına qərar verildiyini deyib.
Aviabaza 2001-ci ilin dekabrında BMT mandatı üzrə koalisiya qüvvələri tərəfindən Əfqanıstanda həyata keçirilən "Sarsılmaz azadlıq" anti-terror əməliyyatına dəstək məqsədilə açılıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]