...

NATO yüklərinin Təcikistan ərazisindən Əfqanistana daşınması yolu - yaxşı variant deyil - Beynəlxalq krizis qrupunun analitiki

Siyasət Materials 7 Fevral 2009 09:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 fevral/ Trend , müxbir E.Ostapenko/ NATO-nun Əfqanistana qeyri hərbi yüklərin aparılması üçün Qırğızıstan əvəzinə Tacikistan ərazisindən alternativ nəqliyyat dəhlizinin açılması, yaxşı variant deyil, çünki çətinliklər yarana bilər, Beynəlxalq krizis qrupunun analitiki Pol Kuin-Djadj.

"Mərkəzi asiyada vəziyyət Vaşinqtondan göründüyündən daha qəlizdir", telefonla Bişkekdən Mərkəzi Asiya layihəsinin rəhbəri Kuin Djidj deyib.

Tacikistanın NATO üçün hava dəhlizinin verilməsi barədə məlumatı, cümə günü ABŞ-nın Tacikistanda səfiri Treysi Enn Djeykobson verib, Reyters xəbər verir.

Son aylar Pakistan-Əfqanistan sərhadində yaranmış çətinliklər ilə bağlı NATO ölkələri Tacikistana yüklərin keçirilməsi nöqtəsi kimi baxır, çünki bu ölkə Əfqanistanla 1344 kilometr sərhəddi var.

Qırğızıstan cümə axşamı günü rəsmi Manasda yerləşən ABŞ-nın bazasının bağlanması barədə bəyan etdi. Bu baza 2001-ci ildən istifadə olunurdu.

Bu gün Vaşinqton mərkəzi-asiya regionunu ən sərfəli hesab edir, Kuin-Djadj deyib. Lakin onun özü hesab edir ki, Tacikistan variantı Pakistandan yaxşıdır, lakin ən yaxşı deyil. ABŞ burada gözlənilməz çətinliklərlə rastlaşa bilər.

"Birinci, burada çox zəif onfrastruktur vardır", Kuin-Djadj deyib. Sbəblərdən biri də mərkəzi-asiya regionu dövlətlərinin inkişaf səviyyəsinin aşağı səviyyədə olmasıdır.

Yüklərin Təcikistan ərazisitndən keçirilməsi məsələsi də müzakirə olununr. Bu barədə saziş Brüsseldə bağlana bilər, Reyters xəbər verir.

Amerika səfirinin sözlərinə görə, ABŞ Pənc çayı üzərindən ikinci körpünün tikilməsi məsələsinə də baxacaq. Birinci körpü 2007-ci ildən işləyir və Ştatlara 37 milyon dollara başa gəlib.

Hərbi bazanın Tacikistana keçirilməsi Rusiyadan da asılıdır, Kuin-Djadj hesab edir.

"Rusiya çox dəqiq bildirdi ki, amerikanlıların Manas bazasında qalmalarını istəmir", Kuin-Djadj deyib.

Rusiya amerikanlıların Tacikistanda hərbi bazanın açılmasına razılıq verə bilər, yaxud Tacikistan bazanın açılmaması üçün Rusiyadan pul istəyəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti