...

Qazaxıstan məclisi sənədləşməni dövlət dilinə keçirir

Siyasət Materials 9 Fevral 2009 17:45 (UTC +04:00)

Qazaxıstan, Astana, 09 fevral / Trend , müxbir K.Konırova/ Qazaxıstan parlamentinin aşağı palatasından verilən məlumata görə, yanvarın 1-dən etibarən Dövlət aparatında sənədləşmə dövlət dilinə keçirilir.
Press-relizdə deyilir ki, hazırki keçid Qazaxıstan Respublikasının Prezidentinin " 2001-2010-cu illərdə dillərin inkişafı və işlənməsi Dövlət proqramı" və bu sahədə dovlət başçısının sonrakı aktlarına uyğun olaraq həyata keçirilir.      

Bu məqsədlə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyinin dillər üzrə komitəsi nəzdində fəaliyyət göstərən Ş.Şayahmetov adına Dillərin İnkişafı üzrə Respublika Təşkilat-Metodiki Mərkəzin xidmətlərindən istifadə etmək qərara alınmışdır.
Mövcud mərkəzin yardımı ilə fevral 11-də Məclisdə dövlət dilini bilmə səviyyəsini müəyyənləşdirən test proqramının təqdimatı keçiriləcək. Aparat əməkdaşları arasında sınaq testi 12-13 fevralda baş tutacaq. Məlumatda bildirilir ki, bu parlament işçilərinin hər birinin dövlət dilini hansı səviyyədə bildiyini aşkarlamağa kömək edəcək. 

Məqaləni müəllifi ilə [email protected] elektron ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti