Gürcüstan, Tbilisi, 10 fevral / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstan DİN rus ordusu sıralarından fərarilik etmiş çavuş Alkesandr Qluxovun anası ilə görüşməsi haqda məlumatı təkzib edir.
"Rusiya KİV-də ana və oğulun gürcü-osetin münaqişəsi zonasındakı kəndlərdən birində görüşməsi haqda yayılan məlumat həqiqəti əks etdirmir", - Trend -a Gürcüstan DİN-in rəsmi nümayəndəsi Şota Xizanişvili bildirib.
Onun sözlərinə görə, "Aleksandr Qluxov Qudauridədir və orada istirahət edir".
"Qluxov anası ilə yalnız Tbilisidə görüşməyə hazır olduğunu və anasının, onu "qoruyan" rus hərbçiləri tərəfindən oğurlanmaqdan qorxduğu üçün gürcü-osetin münaqişəsi zonasına yaxınlaşmaq niyyətində olmadığını deyib", - Xizanişvili bildirib.
Moskva Erqneti - Gürcüstan və Cənubi Osetiyanın administrativ sərhədində görüş keçirilməsini israr edir.
Qluxov yanvarın 26-da Axalqoridəki hərbi hissədən, rus ordusundakı dözülməz şəraitə davam gətirmədiyi üçün fərarilik edib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]