Gürcüstan, Tbilisi, 12 fevral/ Trend , müxbir N.Kirtsxaliya/ ATƏT Parlament Assambleyasının Gürcüstan məsələləri üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin Gürcüstanın BMT-dəki keçmiş daimi nümayəndəsi İrakli Alasaniya ilə bu günə nəzərdə tutulan görüşü hələ də baş tutmayıb. Bu barədə jurnalistlərə müxalifətin daha bir nümayəndəsi - parlamentin eks-spikeri Nino Burcanadze ilə görüşən Lenmarker bildirib.
"Mən "Tbilisi Merriott" mehmanxanasında olarkən zəng etdilər və bildirdilər ki, Alasaniya xəstədir. Mən onunla görüşə bilmədiyimə görə çox təəssüf edirəm", - deyə Lenmarker vurğulayıb.
Bundan əlavə, ATƏT Parlament Assambleyasının xüsusi nümayəndəsinin Tbilisiyə səfərini işıqlandıran jurnalistlər bildiriblər ki, Lenmarker Alasaniyanın zəngini 45 dəqiqə gözləyib.
Müxalifətə keçən Gürcüstanın BMT-dəki keçmiş daimi nümayəndəsi gələn həftə prezident və parlamentin istefası uğrunda mübarizə aparacaq siyasi komandasını ictimaiyyətə təqdim etmək niyyətindədir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]