...

Gürcüstan parlamentindəki siyasi qüvvələr prezidentə sərt suallar verməyə hazırdı

Siyasət Materials 12 Fevral 2009 17:21 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 fevral / Trend , N.Kirtsxaliya/ Prezidentin parlamentdəki muhazirəsi ölkə qarşısında duran problemlərə aid olacaq. Əsasən hesabatda problemlerin həlli, böhrandan çıxış yolu, işsizliyin aradan qaldırılması kimi mövzulara toxunulacaq, - bu barədə jurnalistlərə müsahibəsində parlament əksəriyyətinin lideri Pyotr Çiskarişvili deyib.

Mixayil Sakaşvili parlametdəki çıxışından sonra. debatlarda iştirak etmək qərarına gəlib. Görüş bu gün saat 18:00-da qanunvericilik orqanında baş tutacaq. Dövlət başçısı parlamentdəki əksəriyyətin və azlığın suallarını cavablandıracaq.

Debata parlamentin müxalifət nümayəndələri də hazırlaşıb. Onların sözlərinə görə, əsas suallar rəhbərliyin dövlətin hazırki vəziyyətindən çıxış yolunu necə və nədə görməsi olacaq.

"Bu görüş tərəflərdə konkurensiyanın yaranmasına səbəb olacaq ki, bu da olduqca vacibdir", - bu barədə parlament azlığının lideri Qyorqi Tarqamadze qeyd edib.

Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün ü[email protected]

Xəbər lenti

Xəbər lenti