...

Azərbaycan Avropaya qazı Yunanıstan vasitəsilə ixrac etməyi nəzərdə tutur – prezident İlham Əliyev

Siyasət Materials 16 Fevral 2009 18:03 (UTC +04:00)
Azərbaycan Avropaya qazı Yunanıstan vasitəsilə ixrac etməyi nəzərdə tutur – prezident İlham Əliyev

Azərbaycan, Bakı, 16 fevral / Trend / Azərbaycan Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üçün bütün səylərini tətbiq edir və Avropaya qazı Yunanstan vasitəsi ilə ixrac etməyi nəzərdə tutur. RİA "Novosti"nin verdiyi xəbərə görə, bu barədə bazar ertəsi Afinada Azərbaycan prezidenti İlham Əliyev bildirib.

"Bir ildən artıqdır ki, Azərbaycanın təbii qazıYunanıstan bazarına daxil olur, oradan isə Avropaya göndərilir. Bu istiqamətdə qaz tədarükünü artırmağa şübhə yoxdur", - deyə İlham Əliyev yunanıstanlı həmkarı Karolos Papulyas ilə görüşdən sonra bildirib.

Azərbaycan Prezidentinin sözlərinə görə, enerji təhlükəsizliyi məsələsi beynəlxalq ictimaiyyətin prioritetidir.

Yunanıstan əvvəllər Azərbaycandan qaz alışını artırmaq niyyətində olduğunu bildirmişdi, lakin dəqiq tədarük həcmləri açıqlanmamışdı.

Afina həmçinin Avropaya qaz tədarükü üzrə Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliya arasında dördtərəfli sazişin imzalanmasında da maraqlıdır. Bu dörd ölkə təşəbbüsçüləri Türkiyəni Qərbi Avropa ilə birləşdirməyi planlaşdıran tranzit qaz kəməri layihəsində iştitrak edir və bu, Avropa İttifaqına beş əsas qaz nəqli yollarından biri olacaq.

İlham Əliyev və Karolos Papulyasın iştirakı ilə Yunanıstan və Azərbaycan nazirləri Afinada ikiqat vergi tutmanın ləğvi, aviasiya sahəsində əməkdaşlıq və texnologiyalar, informasiya və kommunikasiya sahələrində əməkdaşlıq barədə sazişlər imzalayıblar.

"Enerji, sərmayələr, kommersiya, mədəniyyət və təhsil məsələləri üzrə əməkdaşlıq iki ölkə üçün prioritetdir", - deyə Yunanıstan prezidenti bildirib.

Görüşdə Qafqaz, Yaxın Şərq və Balkanlardakı vəziyyət də müzakirə olunub. Yunanıstan tərəfinin təşəbbüsü ilə prezidentlər Kipr problemi, Azərbaycanın təşəbbüsü ilə isə Dağlıq Qarabağ münaqişəsi zonasında nizamlanma məsələləri barədə söhbət aparılıb.

İlham Əliyev yunanıstanlı həmkarını Bakıyaya dəvət edib, qarşı tərəf dəvəti qəbul edib.

Azərbaycan dövlətinin rəhbəri üçgünlük səfər ilə bazar günü Yunanıstana yola düşüb.

Xəbər lenti

Xəbər lenti