...

Qırğızıstan parlamentinin yığıncağında yeni hökumət nümayəndələri and içiblər

Siyasət Materials 19 Fevral 2009 16:56 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 19 fevral / Trend , müxbir R.Məşədihəsənli/ "Cümə axşamı Qırğızıstan Jorku keneşinin (parlament) iclasında hökumətin yeni üzvləri and içib", - parlamentin mətbuat xidmətinin əməkdaşı Emil Niyazov Trend -a bildirib.

Onun sözlərinə görə, Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin iştirakı ilə keçirilən Jorqu keneşin bugünkü iclasında birinci vitse-baş nazir Babanov Omurbek Toktoquloviç, vitse-baş nazir Abdullayeva Uktomxan Əvəzovna və hökumət aparatı rəhbəri Aytmurzayev Nurlan Taşmurzayeviç and içiblər.

Bundan əlavə, xarici işlər naziri Kadırbek Telmanoviç, müdafiə naziri Kalıev Bakıtbek Toroquloviç, daxili işlər naziri Konqantiyev Moldomusa Taşbolotoviç, maliyə naziri Sultanov Marat Abdırazakoviç, ədliyyə naziri Tursunkulov Nurlan Janışeviç, kənd və su təsərrüfatı naziri Aydaraliyev İskəndərbek Rısbekoviç, təhsil və elm naziri Musayev Abdulda İnayətoviç, əmək və sosial inkişaf naziri Taşpayeva Nazgül Askerovna, sənaye, energetika və yanacaq ehtiyatları naziri Davıdov İlyas Abduloviç və vergilər üzrə dövlət komitəsinin sədri Keldibekov Əhmədbek Kəldibekoviç and içiblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti