...

Bolqarıstan və Gürcüstan arasında əməkdaşlıq haqqında müqavilə imzalanacaq

Siyasət Materials 20 Fevral 2009 15:24 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 19 fevral/ Trend , N.Kirtsxaliya/ Gürcüstan və Bolqarıstan arasında fevralın 20-də poçt, elektron rabitəsi və informasiya texnologiyaları sahəsində əməkdaşlıq müqavilələri imzalanacaq. Bu barədə jurnalistlərə müsahibəsində Gürcüstanın iqtisadi inkişaf naziri İrakli Qaçeçiladze bildirib.

Bugün "Şeraton Metexi Palas" otelində Gürcüstan-Bolqarıstan hökumətlərarası komissiyasının müxtəlif idarələrin nümayəndələrinin də iştirak etdiyi üçüncü görüşü baş tutub. Görüşdə eyni zamanda ticarət, nəqliyyat, rabitə və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub.

Qaçeçiladzenin sözlərinə əsasən, müqavilə iki ölkə arasında poçt, elektron rabitə və informasiya texnologiyaları sahəsində əhəmiyyətli və daimi əməkdaşlığın inkişafına şərait yaradacaq.

Müqavilə Gürcüstan qanunvericiliyində heç bir dəyişiklik və dövlət büdcəsindən vəsait ayrılmasını nəzərdə tutmur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti