...

Gürcüstan parlamentinin eks-spikeri səsvermədə iştirak edənləri hakimiyyəti sabotaja çağırıb

Siyasət Materials 20 Fevral 2009 17:26 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 20 fevral / Trend , müxbir N.Kirtsxaliya/ "Vahid Gürcüstan - Demokratik hərəkat"ın lideri, eks-spiker Nino Burcanadze bu gün yayılmış bəyanatda cəmiyyəti "avqust hadisələrindən sonra özünü daha açıq şəkildə biruzə verən böhranın getdikcə dərinləşərək son fazaya qədəm qoyduğunu nəzərə alıb düzgün seçim etməyə " səslədi.

"Belə vəziyyətdə çox şey hər bir insanın doğru seçim etməsindən asılıdır. Cəmiyyətə aşıladığımız açıq demokratiya, mövcud hakimiyyətin diqqətsizliyini nəzərə alsaq özlüyündə müəyyən risk daşıyır. Biz bütün mütəxəssislərə, peşəkarlara, ekspertlərə və dövlət qulluqçularına hökumətin planlaşdırdığı çirkli sifarişlərdə iştirak etməməyə, qanunları pozmamağa və Saakaşviliyə yox, yalnız xalqa xidmət etməyə çağırırıq", - bəyanatda deyilir.

Burcanadze özünü siyasətçilərə nümunə göstərərək onlardan "vaxtında cinayətkar hakimiyyətdən uzaqlaşmağı" tələb edib.

"Kənara çəkilin ki, hakimiyyətin yaxasını qurtarmaq üçün qurduğu fırıldaqlarda xalqla qarşı-qarşıya olmayasınız. Sizin istefanız prosesin təhlükəsiz və sülhlə bitməsinə zəmin yaradar", - Burcanadzenin ünvanladığı müraciətdə deyilir.

Burcanadze yalnız "vəzifə başında cinayətlə məşğul olanlardan hesab sorulacağından peşəkar və vətənpərvərləri vəzifələrini tərk etməyə səsləyib".

"Mövcud hakimiyyət tez bir zamanda getməlidir və gedəcək. Yeni yaranacaq demokratik hakimiyyət ,qoy həqiqətən xalqımıza xidmət etsin!",- müraciətdə vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti