...

Gürcüstan XİN Abxaziya ilə sərhəddə Rusiya sərhədçilərinin toplaşması ilə bağlı narahatlığını bildirib

Siyasət Materials 23 Fevral 2009 15:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 fevral/ Trend , N.Kirtsxaliya/ Gürcüstan XİN Gürcüstanın Abxaziya ilə dövlət sərhəddində Rusiya sərhədçilərinin yerləşdirilməsindən narahat olduğunu bildirərək, beynəlxalq ictimaiyyəti bu faktla maraqlanmağa çağırıb. Bu barədə brifinqdə Gürcüstan xarici işlər nazirinin müavini Sergi Kapanadze bildirib.

"Rusiya hərbi dəstələrinin işğal olunmuş ərazilərdə yerləşdirilməsini gücləndirir. Gürcüstanın Abxaziya ilə dövlət sərhəddinə sərhədçilərin göndərilməsi, bu deyilənləri təsdiq edir", - deyə o bildirib.

RF-nin Abxaziya ərazisində silahlı dəstələr yerləşdirməsi nəticəsində bu ilin yazında yeni müdaxilə gözlənilə bilərmi sualına Kapanadze bu məsələdə səlahiyyətli olmadığını bildirib. "Vəziyyət gərgin olaraq qalmaqda davam edir və biz bütün gücümüzü beynəlxalq ictimaiyyəti bu barədə maksimal dərəcədə məlumatlandırmağa yönəltmişik", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti