...

Gürcüstan AŞ-nın müxbir üzvü olacaq – Parlament komitəsinin rəhbəri

Siyasət Materials 24 Fevral 2009 18:37 (UTC +04:00)

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 24 fevral / Trend , müxbir N. Kirtsxaliya / Bu gün keçirilən brifinqdə Avropaya İnteqrasiya üzrə parlament komitəsinin rəhbəri David Darçaişvili komitə tərəfindən qəbul olunmuş AŞ ilə Gürcüstanın əməkdaşlıq bəyanatının təfərrüatlarını müzakirə edib. Deputatın sözlərinə görə, verilmiş bəyanat AŞ-nın Gürcüstan hadisələrinə münasibətini birmənalı şəkildə əks etdirir.

Burada söhbət xüsusilə avqust hadisələrindən gedir. Bir daha Gürcüstan regionlarının müstəqilliyinin Rusiya tərəfindən nə dərəcədə tanınması və həmin ərazilərin işğalı pislənmişdir. Darçaişvilinin sözlərinə görə, Avropa Parlamenti verilmiş bəyanatla Şərq əməkdaşlığının yeni təşəbbüslərini dəstəklədiyini bildirir.

Deputat eyni zamanda Avropa ölkələrinə viza rejiminin tətbiqi məsələsinin həllində irəliləyişlərin olduğunu və Gürcüstanın hal-hazırda Çexiyanın rəhbərlik etdiyi AŞ-nın müxbir üzvü perspektivinin olmasını xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti