Gürcüstan, Tbilisi, 26 fevral / Trend , müxbir N.Kirtsxaliya /
Gürcüstan parlamentinin sədri David Bakradze Ermənistana səfərini uğurlu və mühüm adlandırıb.
"Ermənistan prezidenti görüş zamanı qeyd edib ki, ölkəsi Gürcüstanda siyasi və iqtisadi sabitlikdə maraqlıdır", - deyə Bakradze səfərdən sonra bildirib.
Gürcüstanın parlament üzvlərindən ibarət nümayəndə heyəti iki gün ərzində Ermənistanda görüşlər keçirib. Görüşlər parlament, Ermənistan hökuməti və prezident administarsiyasında baş tutub. Bakradze bütün ermənilərin katalikosu II Qareqin ilə də görüşüb.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]