...

Gürcüstanda radiasiya mənbəyi zərərsizləşdirilib

Siyasət Materials 26 Fevral 2009 20:48 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 26 fevral / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstanda fevralın 26-da radiasiya mənbəyinin aradan qaldırılması və zərərsizləşdirilməsi istiqamətində ətraf mühitin və fövqəladə hallar nazirliyinin nüvə təhlükəsizliyi xidməti əməkdaşlarının keçirdiyi əməliyyat uğurla başa çatdırılıb. Əməliyyatı Gürcüstanın ətraf mühiti nazirinin müvini David İoseliani müşahidə edib. 

Nazirlik xəbər verir ki, Samtrediya-Kopinari-Kutaisi avtomagistralında aşkarlanan radiasiya mənbəyi zərərsizləşdirilib.  

Əməliyyat nəticəsində dörd radiasiya mənbəyi aşkar edilib. Təhlükəsizlik qaydalarına uyğun olaraq radioaktiv maddələr müvafiq anbarlara göndərilib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti