...

Azərbaycanın Şəki şəhərində məntəqələrin yarıdan çoxunda veb-kamera quraşdırılacaq

Siyasət Materials 3 Mart 2009 15:12 (UTC +04:00)

Azərbaycan, Şəki, 03 mart / Trend , müxbir X. Əkbərova /

Azərbaycanın Şəki şəhər Dairə Seçki Komissiyasının 15 seçki məntəqəsində referendum üzrə səsvermə günü veb-kameralar quraşdırılacaq. Bu da həmin dairədəki məntəqələrin yarıdan çoxu deməkdir.

"Bir gün əvvəl yeni quraşdırılacaq veb-kamera vasitəsi ilə dairəni əhatə edən məntəqələrdə gedişatı daha operativ və birbaşa izləmək imkanı yaranacaq. Veb-kameralar dairəni əhatə edən 27 məntəqədən

yalnız 15-də quraşdırılacaq", - çərşənbə axşamı Trend -a 113 saylı Şəki şəhər Dairə Seçki Komissiyasının sədri Mehdi Mehdiyev bildirib.

Trend -un arayışı: Azərbaycanın Mərkəzi Seçki Komissiyası dünənki iclasında referendum üzrə səsvermə zamanı 500 seçki məntəqəsində veb-kamera quraşdırılması barədə qərar qəbul edib.

Martın 18-də Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş cəmiyyəti", "Davamlı inkişaf naminə", "Zəka", "Qarabağ və Respublika uğrunda hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da aqitiv kimi qeydiyyata alınıb. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Respublikası", "Milli müstəqillik" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Mehdiyev bildirib ki, seçki məntəqələrində əlavə olaraq 76 kabinə qoyulub. "Bu gunə qədər 113 saylı Şəki şəhərini əhatə edən dairə seçki komissiyalarında 27 nəfər məntəqə, 1 nəfər dairə üzrə, 2 müçahidəçi isə öz istəyi ilə seçkini izləmək üçün qeydə alınıb", - DSK sədri deyib. 

DSK üzrə qeydiyyatda 35 488 seçici var. Onlardan 125-i seçkidə ilk dəfə iştirak edəcək. Dairədə "Şəki

Xan Saray" təşviqat qrupu qeydə alınıb.

Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Şəki paytaxt Bakıdan 352 km məsafədə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti