...

İtaliya Gürcüstanın NATO-ya üzv olmaq cəhdlərini dəstəkləyir

Siyasət Materials 4 Mart 2009 17:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 mart / Trend , müxbir N.Kirtsxaliya / İtaliya Gürcüstanın NATO-ya üzv olmaq cəhdlərini dəstəkləyir. Tbilisidə səfərdə olan İtaliyanın xarici işlər naziri Alfredo Montinka bu barədə  Gürcüstanın xarici işlər naziri ilə görüşdən sonra bildirib.  

Montenko, həmçinin martın 5-də keçiriləcək NATO-nun Nazirlər İclası barədə də məlumat verib. Onun sözlərinə görə, ABŞ-ın yeni hökumətinin ilk dəfə iştirak etdiyi Şimali Atlantika alyansının Nazirlər İclasında blokun yeni strategiyası və siyasəti istiqamətində müzakirələr olacaq.

"Aprelin sonuna və ya may ayına kimi yeni NATO barədə danışmaq olar", - İtaliyanın xarici işlər nazirinin müavini qeyd edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti