...

İsrail Qərb sahilində yaşayış məntəqələrinin tikintisini dayandırmalıdır – Fələstin Administrasiyasının rəhbəri

Siyasət Materials 4 Mart 2009 17:38 (UTC +04:00)
İsrail Qərb sahilində yaşayış məntəqələrinin tikintisini dayandırmalıdır – Fələstin Administrasiyasının rəhbəri

"İsraillə fələstinlilər arasında sülhün irəliləməsi üçün İsrail, Qərb sahilində yəhudi yaşayış məntəqələrinin tikintisini dayandırmalı və tamamilə sərhədləri açmalıdır", - "Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə Ramallahda mətbuat konfransı zamanı Fələstin Administrasiyasının rəhbəri Mahmud Abbas deyib.

"Zaman bizim əleyhimizə işlədiyindən beynəlxalq vasitəçiləri sülh prosesində köməyə səsləyirik", - Abbas bildirib. 

Onun sözlərinə əsasən, Fələstin Administrasiyası ABŞ-nı danışıqlarda vasitəçi rolunu gücləndirməyə və 2003-cü ildə qəbul olunmuş "yol xəritəsinin" irəliləməsinə yardım etməyə çağırıb. 

"Fələstin Administrasiyası yalnız beynəlxalq vasitəçilər və bu məsələdə ərəb ölkələri ilə əməkdaşlıq edərək İranın fələstinlilərin problemlərinə müdaxiləsinə yol verməyəcək", - Abbas əlavə edib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti