...

Azərbaycan prezidenti İranda rəsmi səfərdədir

Siyasət Materials 10 Mart 2009 11:20 (UTC +04:00)

İranda rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevi İran prezidenti Mahmud Əhmədinejad prezident sarayında qarşılayıb. Bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. 

Azərbaycan prezidenti martın 10-da EKO - İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində iştirak etmək məqsədi ilə İrana səfər edib. Səfər zamanı prezident İlham Əliyevi Azərbaycan Respublikasından olan nümayəndə heyəti müşayiət edir.

Hazırda İqtsadi Əməkdaşlıq Təşkilatının sədri Azərbaycan prezidenti İlham Əliyevdir. Martın 11-də Tehranda keçirilən sammitdə bu təşkilata rəhbərliyi İran prezidenti Mahmud Əhmədinejad qəbul edəcək.

EKO - İqtisadi Əməkdaşlıq Təşkilatı dövlətlərarası qurum kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb. Azərbaycan EKO-ya rəsmi olaraq 1993-cü ildə qəbul olunub. Həmin il Mərkəzi Asiya ölkələri də təşkilata üzv olub. Hazırda təşkilatın 10 üzvü var: Türkiyə, Azərbaycan, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan.

Xəbər lenti

Xəbər lenti