...

Qazaxıstan tərəfindən insan haqları haqqında məruzə beynəlxalq standartlara cavab verir – ABŞ səfiri

Siyasət Materials 10 Mart 2009 18:00 (UTC +04:00)

Qazaxıstan, Astana, 10 mart / Trend , müxbir K.Arınova /

"Qazaxıstan tərəfindən hazırlanmış insan haqları haqqında məruzə beynəlxalq standartlara cavab verir. Bu barədə Astanada ABŞ-ın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Houqland bilidirib", - Məclisin Mətbuat Xidməti xəbər verir.

"ABŞ səfiri Houqland Qazaxıstan tərəfindən hazırlanmış insan haqları haqqında məruzəni müsbət qiymətləndirib", - məlumatda deyilir. Diplomat, həmçinin üçillik milli fəaliyyət planı və vahid rəqəmsal kitabxana haqqında müsbət fikirlərini bildirib. 

"Qazaxıstan Prezidenti yanında insan haqları üzrə komissiya sədri, Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Beynəlxalq Komitənin üzvü Saqinbek Tursunovun və səfirin iştirakı ilə Məclisdə keçirilən geniş əhatəli məsələrin müzakirəsində Astananın ATƏT-də qarşıdakı sədrlik məsələləri, Qazaxıstanda demokratik proseslərin inkişafı məsələləri mühüm yer tutub", - məlumatda deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti