...

Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Siyasət Materials 12 Mart 2009 15:42 (UTC +04:00)
Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub

Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva /

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən ötən il Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan 10 nəfər barəsində cinayət işi açılıb, - Trend -un məlumatına görə, bu barədə hökumətin ötən ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub.

Hesabatda qeyd olunub ki, onlardan 9-u hərbçi, biri isə mülki şəxs olub. Həmin şəxslər barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılıb və məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Həmçinin, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlığa görə, əvvəllər həbs olunaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçular ətrafında davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində 10 nəfər hərbi qulluqçu müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabr ayında Dağlıq Qarabağ Şuşa və Xocalı istisna olmaqla Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994 -cü ilin mayında tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti