Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir E.Rüstəmov /
Meksika Beynəlxalq Tədqiqatlar Mərkəzi CIDE-nin (Centro de Investigación y Docencia Económicas) rəhbəri, elmlər doktoru, beynəlxalq münasibətlər üzrə professor Azərbaycan Diplomatiya Akademiyasında mühazirə oxuyacaq.
"Ötən il Azərbaycan və Meksika Diplomatiya Akademiyaları arasında əməkdaşlıq haqda imzalanmış razılaşmaya əsasən, martın 16-20-də CİDE-nin rəhbəri Xorxe Skiavon Bakıya gəlir", - Trend -a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Professor Skiavon ADA-da "Meksikanın xarici siyasəti", "Meksikanın ABŞ və Latın Amerikası ölkələri ilə münasibətləri" mövzularında mühazirələr oxumaq məqsədilə Bakıya dəvət olunub.