...

Bir neçə cinayətdə təqsirləndirilən Azərbaycan vətəndaşı Rusiyada tutulub

Siyasət Materials 16 Mart 2009 13:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir K.Zərbalıyeva /

Bir neçə cinayətdə təqsirləndirilən Azərbaycan vətəndaşı Rusiyada tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsi əməkdaşları tərəfindən Rusiyanın Tümen vilayətində tutulmuş Sənan Ağayevin Azərbaycana ekstradisiyası üçün tədbirlər görülür.

Ağayev Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120-ci), qəsdən sağlamlığa yüngül zərər vurmu (128-ci) və qanunsuz odlu silah əldə etmə, daşıma, gəzdirmə (228-ci) maddələri ilə axtarışda olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti