...

İranda yaşayan 50 Azərbaycan vətəndaşı referendumla bağlı səsvermədə iştirak edib

Siyasət Materials 18 Mart 2009 10:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir N.Abdullayeva /

İranda Bakı vaxtı ilə səhər saat 10:00-dək 50 nəfər Azərbaycan vətəndaşı referendumda iştirak edib. Bu barədə Trend -a çərşənbə günü Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov bildirib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29 maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilir.

Həsənovun telefonla bildirdiyinə görə, İranda ümumilikdə Azərbaycanın bu ölkədəki səfirliyində bir seçki məntəqəsi açılıb. Burada 351 nəfər qeydiyyatdan keçib.

"Seçicilərin əsas hissəsi Qumda yaşayan tələbələrdir və biz onların səsini gözləyirik", - deyə səfir vurğulayıb.

Azərbaycanda referendum üzrə təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına başlayıb. Referendum üzrə qəbul olunan təqvim cədvəlinə əsasən, kampaniyalar martın 16-sı gecə başa çatdırılıb. Təşviqat qruplarının hər birinə təbliğat kampaniyası üçün 23 min manat vəsait ayrılıb.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti