...

Referendumda seçicilərin Bakıdakı fəallığı 67 faizdir - AVCIYA

Siyasət Materials 18 Mart 2009 17:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir Z.Əhmədova /

Seçicilərin Azərbaycanda referendum üzrə yerli vaxtla səhər saat 17:00-a olan iştirakı Bakıda 67 faiz, Azərbaycanda 70 faiz təşkil edib. Bu haqda Trend -a Azərbaycandakı Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) rəhbəri Məhərrəm Zülfüqarlı məlumat verib.

Çərşənbə günü Azərbaycanda Konstitusiyanın 29-cu maddəsinə əlavə və dəyişikliklərin edilməsi məsələsi üzrə referendum keçirilib.

Ümumxalq səsverməsinə bir neçə məsələ çıxarılıb. Referendumda, xüsusilə, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin beşinci bəndində hazırda yer alan "heç kim iki dəfədən artıq AR prezidenti seçilə bilməz" redaktəsinin "müharibə şəraitində aparılan hərbi əməliyyatlar növbəti seçkilərin keçirilməsini mümkünsüz edirsə, fəaliyyətdə olan dövlət başçısının səlahiyyət müddətinin hərbi əməliyyatlar bitənədək artırılmasını" nəzərdə tutan redaktə ilə əvəzlənməsi nəzərdə tutulur. Azərbaycan Prezidentinin səlahiyyət müddəti beş ildir. Hazırda dövlət başçısı olan İlham Əliyev 2003 və 2008-ci illərdə prezident seçilib.

Ümumilikdə ölkə Konstitusiyasının 29 maddəsinə 41 dəyişikliyin edilməsi planlaşdırılır. Bura, o cümlədən hərbi əməliyyatlar aparılan zaman ölkə parlamentinə seçkilərin ertələnməsi, 40 min seçiciyə qanunvericilik təşəbbüsü hüququnun verilməsi, şəxsin istəyi olmadan video və ya audio qeydlərin aparılması və onun şəkilinin çəkilməsinə qadağa qoyulması, Azərbaycanın sabiq prezidentlərinin maddi təminatı, eləcə də texniki mahiyyətli müddəalar daxildir.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas qanuna əlavə və dəyişikliklər edilib

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti