...

Prezident Berdiməhəmmədovun səfəri ərəfəsində Moskvada Türkmənistanın sənət məhsulları sərgisi açılıb

Siyasət Materials 23 Mart 2009 16:38 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 23 mart / Trend , müxbir H.Həsənov /

Bu gün Rusiya Federasiyasının paytaxtında Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun martın 24-25-nə nəzərdə tutulmuş səfəri ərəfəsində ölkənin toxuculuq, xalçaçılıq və zərgərlik məmulatları nümayiş olunan sərgi açılıb.

"Bu gün Moskvada açılan müstəqil, neytral Türkmənistanın toxuculuq, xalçaçılıq və zərgərlik məmulatlarının sərgisi mühüm hadisədir. Bu, Türkmənistan və Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafı, iki ölkə arasında mövcud olan qarşılıqlı dərin hörmətin sübutudur", - Berdiməhəmmədovun KİV tərəfindən yayımlanan çıxışında deyilir.

Müstəqillik illərində Türkmənistanın toxuculuq sənayesi yenidən formalaşıb. Türkmənistanın parça məmulatları - xalça, ipək əl işləri əvvəlki şöhrətini bərpa edib. Ölkənin şəhər və rayon mərkəzlərində onlarla əyrilmə-toxuma, boyama və tikiş fabrikləri tikilib. Bu gün aparıcı dünya markalı yüksək keyfiyyətli avadanlıqlarla təchiz edilən bu müəssisələrdə çox çeşidli parçalar, həmçinin cins, məxmər, trikotaj, sətin istehsal olunur.

"Bizim möhtəşəm xalçalarımız Türkmənistanın milli sərvətidir. Onlar zərifliyi, gözəlliyi ifadə edir, onların üzərində xalqın bütün gözəl cizgiləri, onun mənəvi gücü və gözəlliyi təsvir olunub", - deyə Türkmənistan prezidenti qeyd edib. Təbii rəngli iplərlə toxunmuş xalçalar rəngini itirmir, əksinə, il-ildən daha da parlaq, dolğun olur. Bunun əyani sübutu kimi beş min il bundan öncə toxunan Altay dağlarının Pazarık yamacında tapılan və öz koloritini saxlayan türkmən xalçasını göstərmək olar

Berdiməhəmmədov zərgərlik sənəti haqqında da söhbət açıb: "Türkmən qadınlarının zinət əşyaları xalqın mahir zərgərlərinin istedadı nəticəsində yaradılıb və bu gün onlar da bizim milli sərvətimizdir. Əsrlər boyu inkişaf edən zərgərlik sənəti bu gün də yaşamaqdadır. Yeni zərgərlər nəsli formalaşır və onlar tərəfindən zərgərlik sənətinin möhtəşəm nümunələri yaradılır. Türkmənistanın görkəmli şair və mütəfəkkiri Maxtumkuli Fraqi də mahir zərgər, zərif gümüş əşyalarının ustası idi".

Sərgi təşkilatçılarının planına əsasən, sərgi-yarmarka iki ölkə arasındakı ticari, iqtisadi münasibətlərin inkişafına, Türkmənistan və Rusiya sahibkarlarının əməkdaşlıq dinamikasına əhəmiyyətli stimul verəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti