...

Gürcüstanın parlament azlığı Burcanadzenin partiyasının üzvlərinin tutulması ilə bağlı istintaq işinə beynəlxalq ekspertlərin cəlb olunmasını tələb edir

Siyasət Materials 24 Mart 2009 15:27 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 mart / Trend , müxbir N.Kirtsxaliya /

Parlament azlığının lideri Qiorqi Tarqamadze bu gün plenar iclasda bildirib ki, Gürcüstanın parlament azlığı Burcanadzenin partiyasının üzvlərinin tutulması faktı ilə bağlı istintaqın obyektiv, açıq və şəffaf keçirilməsini tələb edir.

O, beynəlxalq ekspertlərin işə cəlb olunmalarını da təklif edib.

Tarqamadze hesab edir ki, Daxili İşlər Nazirliyinin hadisə il bağlı video yazılarının montaj olub olmadığını da yoxlamaq lazımdır. "Təyin etmək lazımdır ki, yayılmış videomateriallar nə dərəcədə siyasi kontekstə malikdir və nə dərəcədə silah əldə olunma faktları aprelin 9-na planlaşdırılmış aksiyalarla əlaqəlidir", - Tarqamadze deyib.

Azlıqda olan parlamentarilərin liderinin sözlərinə görə, Gürcüstanda siyasi gərginlik və təhlükələr günbəgün artır.

"Bu səbəbdən cavablandırılmamış sualların qalmaması üçün istintaqı maksimum şəffaf və obyektiv keçirmək lazımdır", - Tarqamdze qeyd edib.

Bununl yanaşı o, "Vahid Gürcüstanın Demokratik Hərəkatı" partiyasının lideri Nino Burcanadzeni istintaqla əməkdaşlıq etmək cəhdlərini xüsusi vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti