...

"İnter RAO" şirkəti İnquri HES-ini Gürcüstan tərəfi ilə birgə idarəsi haqda müqavilə layihəsi hazırlayır – Gürcüstanın enerji naziri

Siyasət Materials 27 Mart 2009 12:15 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 27 mart / Trend müxbir N.Kirtsxaliya/

"İnter RAO EES" şirkəti İnquri HES-ini Gürcüstan Enerji Nazirliyi ilə birgə idarəsi haqda müqavilə layihəsi hazırlayır.

"Sənəd yaxın zamanda Gürcüstan tərəfinə veriləcək", - jurnalistlərə Gürcüstan enerji naziri Aleksandr Xetaquri deyib. - Hazırda biz müqavilə layihəsini hazırlayan "İnter RAO" ilə danışıqlar aparırıq. Yalnız bundan sonra həmin sənəd Gürcüstan tərəfinə göndəriləcək".

Onun sözlərinə görə, Enerji Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə "layihənin belə demək olarsa, ekspertizasını həyata keçirəcək", bundan sonra tərəflər onun detallarını müzakirə edəcəklər.

Xetaquri həmçinin "İnter RAO" ilə Abxaziya şirkəti "Çernomorenerqo" arasında İnquri HES-in istismarı haqda müqavilə imzalanması xəbərini də təkzib edib.

Gürcüstan müxalifəti rus və gürcü tərəfləri arasında hazırlanmış müqaviləni Gürcüstanın enerji obyektlərini Rusiyaya vermək cəhdi kimi qiymətləndirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti