...

Gürcüstan-Osetiya münaqişə zonasında gürcü polisi həlak olub

Siyasət Materials 29 Mart 2009 14:34 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 mart / Trend , müxbir N.Kirtsxaliya /

Bu gün səhər Cənubi Osetiya ilə sərhəd ərazidə patrul xidməti həyata keçirən gürcü polisi həlak olub. Patrul avtomobili Dvani kəndində quraşdırılmış minaya düşüb, deyə Gürcüstan DİN-dən bildirilib. Partlayış nəticəsində gürcü polisi Badri Cioşvili həlak olub, biri ağır olmaqla, bir neçə nəfər yaralanıb.

Polisin köməyinə gələn digər patrul dəstəsi isə osetin separatçıları tərəfindən atəşə tutulub.

Cənubi Osetiyanın Şida Kartli regionunun qubernatoru Lado Vardzelaşvilinin sözlərinə əsasən, osetinlər Rusiya hərbçilərinin razılığı ilə atəş açıblar. "Rusiya əvvəl-axır bu provokasiyalara son qoymalıdır, ya özü orada nizam-intizam yaratmalı, ya da Aİ-nin müşahidəçilərini oraya buraxmalıdır", - deyə Vardzelaşvili qeyd edib. Bu günə kimi Abxaziya və Cənubi Osetiya ilə sərhəd ərazilərdə 16 gürcü polisi öldürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti