...

Bakı polisi axtarışda olan bir neçə şəxsi saxlayıb

Siyasət Materials 30 Mart 2009 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir K.Zərbalıyeva /

Bakı polisi axtarışda olan bir neçə şəxsi saxlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bazar ertəsi Trend -a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu polis bölməsi (pb) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin oğurluq (177) maddəsi ilə axtarışda olan Əbilov Kamal Firudin oğlu tutulub.

Sabunçu RPİ 13-cü PB-nin əməkdaşları CM-in dələduzluq (178) maddəsi ilə axtarışda olan Smirnov Viktor Stanislavoviçi, 15-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma (263) maddəsi ilə axtarışda olan Ağacanov Vüqar Laçın oğlunu, Nəsimi RPİ Cinayət-axtarış şöbəsinin (CAŞ) və 19-cu PB-nin əməkdaşları CM-in dələduzluq maddəsi ilə axtarışda olan Səlimov Fazil Zakir oğlunu saxlayıb.

Nizami RPİ-nin 25-ci PB-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-in qəsdən sağlamlığa ağır zərər vurma (126-cı) maddəsi ilə axtarışda olan Əliyev Akif Əlifalı oğlunu tutub.

Şərifli küçəsində ona məxsus olan tikilinin arxasında lüləsi və qundağı kəsilmiş 20 kalibrli ov silahı götürülüb.

Yasamal RPİ 28-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-in yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi ilə axtarışda olan Xanlarov Cavanşir Məmməd oğlu, 29-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində CM-in oğurluq maddəsi ilə axtarışda olan Əliyev Kərim Arif oğlu, Suraxanı RPİ 33-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma maddəsi ilə axtarışda olan Hüseynov Coşqun Rəhim oğlu  tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti