...

Türkmənistan və İran arasında bu gün Xəzərə dair danışıqlar aparılacaq

Siyasət Materials 30 Mart 2009 12:41 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 30 mart / Trend müxbir H.Həsənov /

"İki Xəzəryanı ölkə Türkmənistan və İran bu gün Aşqabadda Xəzər məsələləri üzrə danışıqlar aparacaq. Bu məqsədlə Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedovla İranın XİN müavini Mehdi Səfərinin görüşü nəzərdə tutulub", - Türkmənistanın rəsmi mənbəyindən xəbər verilib.

Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məsələsi SSRİ dağıldıqdan sonra, beş Xəzəryanı ölkə - Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan arasında yaranıb. Geosiyasi durumun dəyişməsi Xəzər regionunda beynəlxalq münasibətlərdə ciddi dəyişikliklərə ehtiyac yaradıb. Xəzər zəngin karbohidrogen ehtiyatları və bioresursları ilə həmçinin Qərbin də yüksək maraq dairəsinə düşdü. Bir neçə Xəzəryanı dövlət arasında sərhəd neft-qaz nasos yataqları üzrə mübahisəli anlar yaşanıb.

Fevralın ortalarında İranda səfərdə olduğu zaman Berdımuhammedov İran prezidenti Mahmud Əhmədinejadla birgə bəyanat imzalayıb. Orada deyilir ki, "Xəzər dənizinin hüququqi statusunun beştərəfli əsasda həllini tapması sülh və təhlükəsizliyin möhkəmlənməsinə, davamlı inkişafa, Xəzəryanı ölkələr arasında hərtərəfli iqtisadi əməkdaşlığa yardımçı olacaq, həmçinin bu unikal su hövzəsinin karbohidrogen və bioloji resurslarının rasional və səmərəli mənimsənilməsinə münbit şərait yaratmaq imkanı verəcək".

"Xəzər dənizi ilə bağlı bütün məsələlərin həlli yalnız Xəzəryanı ölkələr arasında həll olunmalıdır", - sənəddə deyilir. Tərəflər Xəzərin dəniz mühitinin müdafiəsi üzrə Çərçivə konvensiyasının (Tehran konvensiyası) realizəsini müsbət qiymətləndiriblər və bu sənədlə bağlı bəzi protokolların hazırlanması və qəbulunun vacibliyini qeyd ediblər. Burada söhbət o cümlədən neftlə çirklənmə yaradan insidentlər zamanı reaksiya və əməkdaşlıq, regional hazırlıq protokolundan gedir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti