...

Azərbaycan və Gürcüstan siyasi və iqtisadi sahələrdə əməkdaşlığın perspektivlərini nəzərdən keçirəcəklər

Siyasət Materials 30 Mart 2009 14:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir N.Abdullayeva /

"Azərbaycan və Gürcüstan siyasi və iqtisadi sahələrdə əməkdaşlığın perspektivlərini nəzərdən keçirəcəklər. Əməkdaşlığın inkişaf etdirilməsi məsələlərini Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarov aprelin 1-3-də Gürcüstana rəsmi səfəri zamanı müzakirə edəcək", - Trend -a Azərbaycan XİN-in mətbuat mərkəzində məlumat verilib.

Azərbaycan xarisi siyasət qurumunun başçısı səfəri çərçivəsində Gürcüstan prezidenti Mixail Saakaşvili, Baş nazir Nikola Qilauri, XİN rəhbəri Qriqol Vaşadze ilə görüşlər keçirəcək.

Görüşlərdə ikitərəfli, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti