...

ABŞ Silahlı Qüvvələrinin qərargah başçılarının birləşmiş komitəsinin sədr müavini Gürcüstanda səfərdədir

Siyasət Materials 30 Mart 2009 15:13 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 30 mart / Trend , müxbir N.Kirtsxaliya /

ABŞ Silahlı Qüvvələrinin qərargah başçılarının birləşmiş komitəsinin sədr müavini, general Ceyms Kartrayt Gürcüstanda səfərdədir.

Bu gün general Qoridəki ilk piyada briqadasına, xüsusi tank batalyonuna və artileriya batalyonuna baş çəkəcək.

ABŞ öz üzərinə strateji əməkdaşlıq haqqında Gürcüstan-Amerika Xartiyası çərçivəsində gürcü ordusunun hazırlığı ilə bağlı vəzifəni götürüb. Gürcüstan ordusuna ötən ilin avqustunda baş vermiş münaqişə zamanı aldığı təcrübə əsasında müdafiə xarekterli təlimlər keçilir.

Hazırda Gürcüstan ordusunun hazırlıq planının konkret şəkildə hazırlanması üzərində işlər aparılır.

Bu gün amerikalı generalı Gürcüstan prezidenti Mixail Saakaşvili, Baş nazir Nikoloz Qilauri, müdafiə naziri David Sixarulidze qəbul edəcək.

Görüşlər çərçivəsində ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti