...

Özbəkistanın Müdafiə Nazirliyi hərbi texnikanın alınmasını nizamlayacaq

Siyasət Materials 30 Mart 2009 19:11 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 30 mart / Trend , müxbir T.Jukov /

"Özbəkistan senatı ölkənin "Standartlaşdırma haqqında" qanununa düzəlişin edilməsini bəyənib", - Ali Məclisin yuxarı palatanın mətbuat konfransından Trend -a bildirilib.

"Müdafiə və Təhlükəsizlik məsələləri üzrə Komitə tərəfindən "Standartlaşdırma haqqında qanuna dəyişikiyin edilməsi " haqqında sərəncam imzalanıb. "Bu qanunun yenidən işlənməsi hərbi standartlaşdırma sahəsində məsələlərin düzgün nizamlanması məqsədilə həyata keçirilir", - deyə komitənin üzvü Botir Abduraimov bildirib.

Onun sözlərinə əsasən, əvvəlcə qanunda ölkənin müdafiə qabiliyyəti və səfərbərlik sahəsində işlərin təchizi, koordinasiyası, funksiyaların təşkili həvalə edilən dövlət orqanı göstərilməmişdi. "İndi səlahiyyətli orqan qismində respublikanın Müdafiə Nazirliyi müəyyən edilib", - deyə Abduraimov bildirib.  

Yeni qanun konketləşdirmə, hərbi standartlaşdırma sahəsində vahid hərbi-texniki siyasətin hazırlanması və həyata keçməsi üçün düzgün əsaslar yaratmağa şərait yaradacaq. "Qanun yenidən hazırlanma proseslərini, istehsal, sifarişlər, çatdırılma, alqı, istismar, təmir və silahlardan, hərbi texnikalardan, müdafiə xarekterli digər vasitələrdən istifadəni nizama salmaq məqsədini güdür", - deyə Abdurəimov qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti