...

Gürcüstan Əfqanıstana alay göndərəcək - XİN başçısı

Siyasət Materials 31 Mart 2009 12:51 (UTC +04:00)
Gürcüstan Əfqanıstana alay göndərəcək - XİN başçısı

Gürcüstan, Tbilisi, 31 mart / Trend , müxbir N.Kirtsxaliya /

"Gürcüstan ilk mərhələdə Əfqanıstana öz hərbçilərindən ibarət bir alay göndərəcək", - bu gün Haaqada jurnalistlərə Gürcüstan XİN-in başçısı Qriqol Vaşadze deyib.

"Gürcüstan Əfqanıstana öz kontingentini göndərməyə hazır olduğunu bildirib və biz bunu bu gün, Əfqanıstan üzrə konfransda təsdiqləyəcəyik", - o bildirib.

Vaşadze Əfqanıstan üzrə konfransda iştirak etmək məqsədilə Haaqadadır.

"Hazırda bizim hərbi kontingentin fransızlarla birgə yerləşdirilməsi məsələlərini müzakirə edirik. Bizim qoşunlar məhz bu ölkənin məsuliyyət zonasında yer alacaqlar", - nazir qeyd edib.

Vaşadze qeyd edib ki, Əfqanıstan SSRİ-nin hücumuna məruz qalıb və o zamandan ölkə yox olmaq təhlükəsi ilə üz-üzədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti