...

Burcanadzenin partiyasının daha bir tərəfdarı saxlanılıb

Siyasət Materials 1 Aprel 2009 19:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 01 aprel / Trend , müxbir N.Kirtsxaliya /

Nino Burcanadzenin partiyasının daha bir tərəfdarı Qiorgi Kobaxidze saxlanılıb.

"Vahid Gürcüstan - Demokratik hərəkatı"ndan verilən məlumta görə, Kobaxidze sözügedən partiyanın fəal tərəfdarı idi və partiyanın təşkil etdiyi aksiyalarda iştirak edirdi.

"Həbsdən bir neçə gün öncə Kobaxidzeyə zəng daxil olur və zəng edən şəxs Burcanadzenin partiyasının tərəfdarı olmaqdan imtina etməyi məsləhət verir. Kobaxidze partiya üzvü olmasa da bizim aktiv tərəfdarımızdır", - hərəkatın mətbuat xidmətindən deyiblər.

Kobaxidze martın 30-da saxlanılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti