...

Azərbaycan Prezidenti Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb

Siyasət Materials 2 Aprel 2009 19:47 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Konstitutsiyaya əlavə və dəyişikliklər edilməsi haqqında Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması barədə cümə axşamı sərəncam imzalayıb. AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verir.

Sərəncamda Konstitusiyanın 17-ci, 18-ci, 19-cu, 25-ci, 29-cu, 39-cu, 48-ci, 72-ci və 146-cı maddələrinə edilən əlavə və dəyişikliklərdən irəli gələn müvafiq normativ hüquqi aktların layihələrini 6 ay müddətində hazırlanıb Prezidentə təqdim olunması barədə Nazirlər Kabinetinə tapşırıq verilib.

Nazirlər Kabinetinə dörd ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Referendum Aktına uyğunlaşdırılmasını təmin etmək də tapşırılıb.

Prezident Administrasiyası dörd ay müddətində Konstitusiyanın 32-ci, 50-ci, 67-ci, 71-ci, 75-ci, 84-cü, 96-cı, 101-ci, 108-ci, 109-cu, 125-ci, 129-cu, 131-ci və 149-cu maddələrinə edilən əlavə və dəyişikliklərdən irəli gələn müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etməlidir.

Prezident Administrasiyasına Konstitusiyanın 17-ci, 25-ci, 32-ci, 48-ci, 71-ci, 72-ci, 84-cü, 96-cı, 101-ci, 125-ci, 129-cu, 131-ci, 146-cı və 149-cu maddələrinə edilən əlavə və dəyişikliklərdən irəli gələn müvafiq qanun layihələrini Qanun vasitəsilə Demokratiya Uğrunda Avropa Komissiyasına (Venesiya Komissiyasına) ekspert rəyinin alınması üçün təqdim edilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti