...

Azərbaycan Prezidenti xarici ölkələrin xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələrini qəbul edib

Siyasət Materials 3 Aprel 2009 16:41 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Milli Təhlükəsizlik Nazirliyinin 90 illik yubileyi ilə bağlı keçirilən mərasimdə iştirak etmək üçün ölkəmizə səfərə gələn xarici ölkələrin xüsusi xidmət orqanlarının yüksək vəzifəli nümayəndələrini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.  

Dövlət başçısı bildirib ki, sabitliyin və təhlükəsizliyin təmin olunması və cinayətkarlığa qarşı mübarizə hər bir ölkənin inkişafında əhəmiyyətli rol oynayır və Azərbaycan xalqının bundan sonra da sülh şəraitində yaşaması üçün bütün tədbirlər görüləcək.

Azərbaycan Prezidenti deyib ki, dünyada baş verən terror hadisələri təsdiqləyir ki, heç bir ölkə təkbaşına təhlükəsizliyini təmin edə bilməz, bu məsələdə bütün ölkələrin birgə səyləri lazımdır.  Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq təhlükəsizliyin təmin olunması işinə öz töhfəsini verən Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə çıxış edən Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru, ordu generalı Aleksandr Bortnikov və İtaliya Xarici Kəşfiyyat və Təhlükəsizlik Agentliyinin baş direktoru, vitse-admiral Bruno Brançiforte də beynəlxalq terrorçuluğa və mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti